"Qaziantep" ötən mövsüm "Başakşəhər"dən icarəyə götürdüyü Furkan Soyalpın transfer hüquqlarını da alıb.
 
Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
25 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. "Bursaspor"un yetirməsi olan Furkan, "Başakşəhər"ə 2019-cu ildə transfer olunsa da, bu komandada möhkəmlənə bilməmişdi. Bu üzdən də ötən mövsüm o, icarə əsasında "Qaziantep"ə üz tutmuşdu.
 
"Qaziantep" "Başakşəhər"dən icarəyə götürdüyü daha bir futbolçunu – Məhəmməd Dəmiri də heyətində saxlamağa qərar verib. Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, 28 yaşlı hücumçuyla, eləcə də onun klubu ilə razılıq əldə olunub və yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest