2020/21 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini rəsmiləşdirib.
 
Matc.az klubun rəsmi saytına istinadən məlumatına görə, son mövsümü İran Yüksək Liqası təmsilçisi "Pars Jonoubi Jam"da keçirən Azərbaycan əsilli Adəm Həmati heyətə cəlb olunub.
 
Yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. Həmati "kimyaçılar"da 21 nömrəli formada çıxış edəcək.
 
Qeyd edək ki, Kanadanın "Toronto Siti" klubunun akademiyasının yetirməsi olan Adəm Həmati peşəkar karyerasına 2014-cü ildə Fransanın "Nitsa" klubunun əvəzedici heyətində başlayıb. Daha sonra isə İran təmsilçisi "Persepolis"ə keçən Adəmin son klubu "Pars Jonoubi Jam" olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest