PSJ-nin hücumçusu Neymar çempionlar Liqasının final matçını buraxa bilər. Matc.az xəbər verir ki, buna səbəb braziliyalı forvardın koronavirus pandemiyası ilə bağlı UEFA-nın tələbini pozmasıdır.

Ulduz futbolçu "Leypsiq"lə qarşılaşmadan sonra rəqibin müdafiəçisi Marsel Halstenberqinlə formasını dəyişib. Halbuki UEFA futbolçuların sağlamlığı üçün oyunlardan sonra forma dəyişikliyini qadağan edib.

Neymar bu hərəkətinə görə bir oyun cəzalandırıla bilər. Əgər belə bir qərar verilsə, Neymar finalı buraxmalı olacaq.

Qeyd edək ki, PSJ "Leypsiq" üzərində 3:0 hesablı qələbə qazanıb. Paris klubunun finaldakı rəqibi bu gün baş tutacaq "Lion" – "Bavariya" matçının qalibi olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest