PSJ 16 ildən sonra UEFA çempionlar Liqasının finalına vəsiqə qazanan ilk Fransa təmsilçisi olub.
 
Matc.az xəbər verir ki, Paris klubu buna yarımfinalda Almaniyanın "Leyptsiq" komandasını 3:0 hesabı ilə məğlub etdiyi matçda yiyələnib.
 
Sonuncu dəfə Fransa çempionatında çıxış edən "Monako" bu uğuru qazanıb. Komanda 2003/2004 mövsümünün finalında Portuqaliya "Portu"suna 0:3 hesabı ilə uduzub.
 
Fransa klublarından yalnız "Olimpik" (Marsel) 1992/1993 mövsümündə çempionlar Liqasının qalibi olub. Komanda həlledici görüşdə İtaliya "Milan"ını 1:0 hesabı ilə üstələyib. Bunadək avrokubokların finalında iştirak edən sonuncu Fransa təmsilçisi də məhz Marsel təmsilçisi idi. Klub 2018-ci ildə Avropa Liqasının finalında İspaniya "Atletiko"su ilə dueldən məğlub ayrılıb – 0:3.
 
Qeyd edək ki, PSJ finalda bu gün keçiriləcək "Olimpik" (Lion) (Fransa) – "Bavariya" (Almaniya) cütünün qalibi ilə qarşılaşacaq. Həlledici oyun avqustun 23-də olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest