Futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turundan təxirə salınmış "Sumqayıt" - "Qəbələ" matçının tarixi bəlli olub.
 
Matc.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma noyabrın 30-da olacaq.
 
"Kapital Bank Arena"dakı görüşə saat 16:00-da start veriləcək.
 
Qeyd edək ki, noyabrın 27-də keçirilməli olan matç bəzi futbolçularda koronavirus testinin pozitiv çıxması səbəbindən təxirə salınmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest