17 Aprel 2025, 21:18
ÇEMPİONLAR LİQASI
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) rəsmi saytında Çempionlar Liqasının cari həftəsinin ən yaxşı futbolçularından ibarət simvolik komandasını dərc edib.
Matc.az xəbər verir ki, mübarizədən kənarda qalan "Real"ın heyətindən simvolik yığmada futbolçu yer almayıb.
Qapıçı: Canluici Donnarumma (PSJ).
Müdafiəçilər: Benjamin Pavard ("İnter"), Ezri Konsa ("Aston Villa"), Yakub Kivir ("Arsenal"), Nuno Mendes (PSJ).
Yarımmüdafiəçilər: Maykl Olişe ("Bavariya"), Paskal Qros ("Borussiya"), Deklan Rays ("Arsenal"), Con MakQinn ("Aston Villa").
Hücumçular: Lautaro Martinez ("İnter"), Seru Girassi ("Borussiya").