28 Noyabr 2020, 18:06
MPL
"Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib.
"Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib.
Matc.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
- Həyəcanlı oyun keçdi. Hər saniyədə oyunun taleyi həll oluna bilərdi. Hər iki komanda uduzmamaq istəyi ilə meydana çıxmışdı. Qol imkanlarımız az oldu. Daha da artırıb, yaxşı komanda görəcəyik.
- Qələbə qazanmaq üçün hər şeyi etdiz?
- Risk yox idi. Rəqib həddindən artıq sıx və qol buraxmamaq üçün oynadı. Bu vəziyyətdə onların qapısına getmək çətin idi. Qələbə üçün hər şeyi etdik. Düzdür, bəzi şeylər alınmadı. Bu, futboldur.