"Zirə"nin qapıçısı Mateus Albino Premyer Liqada ardıcıl 4-cü quru oyununu keçirib. 
 
Matc.az xəbər verir ki, 25 yaşlı braziliyalı sonuncu dəfə oktyabrın 18-də "Sumqayıt"la səfər görüşündə (1:2) qol buraxıb. 
 
Ardınca "Qarabağ" (0:0), "Səbail" (0:0) və "Sabah"la (1:0) görüşlərdə qapısını toxunulmaz saxlayan cənubi amerikalı sonuncularla qarşılaşmanın uzatma dəqiqələrində qırmızı vərəqə alıb. Bu səbəbdən ötən turun "Keşlə" ilə matçını (3:1) buraxan Mateus quru oyunlar seriyasını 11-ci turda davam etdirməli olub. "Neftçi" ilə qarşılaşmada (0:0) da qol buraxmayan Albino ardıcıl 4-cü belə oyununu keçirib. 
 
Bununla da braziliyalı klub tarixinin Premyer Liqadakı rekordunu təkrarlayıb. 2015/16 mövsümündə Anar Nəzirov da ardıcıl 4 quru oyun keçirib. O, mövsümün ikinci yarısında "Sumqayıt" (1:0), "Rəvan" (4:0), "Xəzər Lənkəran" (1:0) və "Neftçi" (0:0) ilə matçlarda qapısını toxunulmaz saxlayıb.
 
Qeyd edək ki, Albino "Zirə"də keçirdiyi 9 oyundan beşində qol buraxmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest