Türkiyənin "Başakşəhər" klubunun məşqçisi Pyer Vebo UEFA çempionlar Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turu çərçivəsində Fransada yerli PSJ-yə qarşı keçiriləcək matçda texniki zonada yer ala biləcək.
 
Matc.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə 38 yaşlı mütəxəssisin qırmızı vərəqəsinin dondurulduğu diqqətə çatdırılıb.
 
Qeyd edək ki, ötən gecə keçirilən PSJ - "Başakşəhər" oyunu rumıniyalı 4-cü hakim Sebastyan Kolteskunun Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəbindən 14-cü dəqiqədə dayandırılıb. Həmin vaxt qarşılaşmanın baş hakimi Veboya qırmızı vərəqə də göstərib. Bu üzdən də Türkiyə təmsilçisi oyunu davam etdirməkdən imtina edib. Matç bu gün Bakı vaxtı ilə saat 21:55-də qaldığı yerdən davam etdiriləcək. Görüşün hakimlər briqadası da tam olaraq dəyişdirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest