UEFA çempionlar Liqasında həftənin rəmzi komandasını açıqlayıb.
 
Matc.az xəbər verir ki, qrup mərhələsinin son turunun ən yaxşı 11 futbolçusu arasında İtaliyanın "Yuventus", Fransanın PSJ və İspaniyanın "Atletiko" klublarının 2 oyunçusu var.
 
Qapıçı: Canluici Buffon ("Yuventus");
 
Müdafiəçilər: Natan Ake ("Mançester Siti", İngiltərə), Denis Popov ("Dinamo", Kiyev, Ukrayna), Niklas Süle ("Bavariya", Almaniya), Mario Ermoso ("Atletiko"), Anxelinyo ("Leyptsiq", Almaniya);
 
Yarımmüdafiəçilər: Rüd Vormer, ("Brügge", Belçika), Yannik Karrasko ("Atletiko");
 
Hücumçular: Kilian Mbappe, Neymar (hər ikisi PSJ), Kriştiano Ronaldo ("Yuventus").

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest