20 Dekabr 2020, 18:11
MPL
Futbol üzrə Azərbaycan Premyer Liqasının 12-ci turunun "Qəbələ" - "Qarabağ" oyunundan (1:1) sonra "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyevin mətbuatı keçirilib.
Futbol üzrə Azərbaycan Premyer Liqasının 12-ci turunun "Qəbələ" – "Qarabağ" oyunundan (1:1) sonra "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyevin mətbuatı keçirilib.
Matc.az xəbər verir ki, 40 yaşlı mütəxəssis heç-heçəni belə şərh edib:
"çempionatın liderinə qarşı oynayırdıq. "Qarabağ"ın gücü hamıya məlumdur. Balanslaşmış heyətə malik güclü kollektivdir. çətin olacağını bilirdik. çempionatda fasilə olduğu müddətdə məşqlərimizi dayandırmamışdıq. Hazırlıqda hiss olunurdu ki, komanda tonusdadır və "Qarabağ"la layiqli mübarizə aparmaq gücündədir. Futbolçular bunu meydanda nümayiş etdirdilər. Məşqdə onlardan nə istəyirdiksə, meydanda da onu gördük. Futbolçular əzmkarlıq göstərərək bir xal qazandılar".
Baxşıyev ikinci sarı vərəqəyə görə meydandan kənarlaşdırılan Rövlan Muradovun cəzalanması və qolun müəllifi Rafael Utriqin əvəzlənməsi barədə fikirlərini də açıqlayıb: "Muradov hücumameylli oyunçudur. Cəld olması və epizodlarda iştirakına görə simulyasiya edir. Rövlanla da söhbətimiz olacaq. Artıq mövsümdə 7-ci sarı vərəqəsini aldı. Düşünürəm ki, hücumameylli futbolçu üçün çoxdur. Bir az emosiyalarını cilovlayıb daha təmkinli olmalıdır. Komandanı ilk gündən hücumda qurmuşuq. "Qarabağ"a qarşı dominant futbol oynamaq istəsən də, hərdən alınacaq, hərdən yox. Hiss etdik ki, ülvi İsgəndərovun meydana çıxmağına ehtiyac var. Rafael Utriq yorulmuşdu. Hücuma bir futbolçu atdıq. çünki, "Qarabağ"ın müdafiəçilərinin də hücuma qoşulmasını istəmirdik".