"Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib.

"Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, o, 2:0 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
- Məqsədimiz bu oyuna ağlımızı qoyub, düşdüyümüz situasiyadan çıxmaq idi. Nə rəqibi təhlil etmişdik, nə də bir şey. Biz oyunla yox, öz xarakterimizlə, bədənimizlə mübarizə aparmalı idik. Qol imkanlarımız var idi, bəzi epizodlarda lazımsız top itkiləri edirdik. Həqiqətən, vəziyyət çətindir. Virusdan sağalan futbolçular, elə özüm də çox əziyyət çəkirəm. Fəhmin Muradbəyli virusdan sağalandan sonra ilk məşqində nə günə düşmüşdü, gördük. Futbolçularıma təşəkkür edirəm.
 
- Qış fasiləsində rəhbərlikdən hücumçu istəyəcəksiz?
- Bu gün hücumda problem olduğunu düşünmürəm. Bəzi problemlər var, tək hücumla bağlı deyil. Bunların üzərində çalışacağıq. Rəhbərliklə hələ transfer haqda danışmamışıq. Heyətimiz yaxşıdır, komandadan hələ kimsə getmir. Hər hansı bir mövqeyə görə oyunçu istəməmişəm.
 
- Qış fasiləsinə lider kimi yollanmağınız mümkündür?
- Qarşıdakı oyunumuzu qələbə ilə başa vurduqdan sonra niyə də olmasın?
 
- Yusuf Lavalın durumu necədir?
- İlk baxışdan ciddiyə oxşayır. Tibbi müayinədən sonra bilinəcək.
 
- Fiziki məşqçinizin göndərilməsinin səbəbi nə idi?
- Rəhbərlikdən xahiş etmişdim ki, onun işinə baxım. Baxdıqdan sonra gördüm ki, onunla həmfikir deyiləm. özünə də bunu izah etdim. Şəxsən görüşdük, bir-birimizi başa düşdük.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest