"Bu nəticəyə layiq idik. İstədiyimiz oyun idi. "Leypsiq" güclüdü, Bundesliqadakı komandalardan üstündü, hər şeydə bacarıqlıdırlar"

"çətin oyun idi. Bu yalnız ilk qarşılaşmadır. Bilirəm ki, çoxları yenə büdrəyəcəyimizi gözləyirdi, amma komanda buna imkan vermədi". Matc.az xəbər verir ki, bu sözləri "Liverpul"un baş məşqçisi Yurgen Klopp deyib.

İngiltərə təmsilçisi çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda Almaniyanın "Leypsiq" klubu ilə qarşılaşdı. Koronavirus səbəbindən Macarıstanın paytaxtı Budapeştdə keçirilən görüşdə "Liverpul" 2:0 hesablı qələbə qazandı. 

Oyundan sonra keçirilən mətbuat konfransında Klopp bildirib ki, nəticəyə görə özünü xoşbəxt sayır: "Bu nəticəyə layiq idik. İstədiyimiz oyun idi. "Leypsiq" güclüdü, Bundesliqadakı komandalardan üstündü, hər şeydə bacarıqlıdırlar".  

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 10-da "Enfild"də baş tutacaq.  

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest