UEFA çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
 
Matc.az xəbər verir ki, bu ada "Liverpul"dan (İngiltərə) Məhəmməd Salah, PSJ-dən (Fransa) Kilian Mbappe, "Borussiya"dan (Dortmund, Almaniya) Erlinq Haland və "Portu"dan (Portuqaliya) Serjio Oliveyra namizəddir.
 
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində müəyyənləşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest