"Portu" boş zonaları mərkəzdə yaxşı bağladı və cinahlardan daha çox istifadə etməli olduq. Ancaq top kifayət qədər sürətlə hərəkət etmədikdə asan deyil"

"Bir dəqiqədən sonra qol buraxdıqdan sonra oyuna köklənmək asan deyil. Futbolçular özlərinə inamlarını itirdilər, bu sonrakı dəqiqələrdə göstəricilərə təsir etdi. Xoşbəxtlikdən sonda Kyeza sayəsində vacib bir qol vurduq və indi cavab görüşünə diqqət ayıracağıq". Matc.az  xəbər verir ki, bu sözləri "Yuventus"un baş məşqçisi Andrea Pirlo deyib. 
 
Turin təmsilçisi çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə "Portu"ya 1:2 hesabı ilə uduzub. Qarşılaşma barədə danışan Pirlo bildirib ki, rəqib çempionlar Liqasında  tez-tez belə oynayır: "Eyni zamanda, onlara istədikləri kimi oynamalarına icazə verdik. Topu daha sürətli hərəkət etdirməli idik. "Portu" boş zonaları mərkəzdə yaxşı bağladı və cinahlardan daha çox istifadə etməli olduq. Ancaq top kifayət qədər sürətlə hərəkət etmədikdə asan deyil".
 
O, matça yaxşı hazırlaşdıqlarını söyləyib: "Amma oyuna münasibət bizim istədiyimiz kimi deyildi. Erkən qoldan sonra hər şey daha da çətinləşir, xüsusən yaxşı müdafiə olunan, az qol buraxan bir komanda ilə qarşılaşdığınızda".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest