24 Fevral 2021, 13:58
ÇEMPİONLAR LİQASI
Futbol üzrə UEFA çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İtaliyanın "Atalanta" və İspaniyanın "Real" klubları arasında bu gün keçiriləcək oyun bir dəqiqəlik sükutla başlayacaq.
Matc.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
İtaliyada təşkil olunacaq qarşılaşmada "Atalanta"nın vəfat edən futbolçusu Villi Ta Bi yad ediləcək.
Qeyd edək ki, Fil Dişi Sahili yığmasının da üzvü olan Villi Ta Bi uzun sürən xəstəlikdən sonra ötən gün dünyasını dəyişib.
"Atalanta" - "Real" matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.