Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 1-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə də iki görüş baş tutub.

Əvvəlcə "Zirə" doğma meydanda "Qarabağ"la münasibətlərinə aydınlıq gətirib. Hesabı ağdamlıların açdığı qarşılaşmada qalib müəyyənləşməyib.

Turun qapanış matçında isə son çempion "Neftçi" "Qəbələ"ni qəbul edib. Dörd qolun qeydə alındığı bu oyunda da heç-heçə qeydə alınıb.

Xatırladaq ki, ilk oyun günündə "Sabah" evdə "Səbail"ə (0:1), "Keşlə" isə "Sumqayıt"a (0:2) uduzub.

Azərbaycan Premyer Liqası
1-ci tur
15 avqust

"Zirə" – "Qarabağ" 1:1
Qol: T.Xəlilzadə, 50-pen – İ.İbrahimli, 18.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rauf Allahverdiyev.
Zirə İdman Kompleksinin stadionu.

Zirə: 1. Mehdi Cənnətov, 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev (k), 19. Təmkin Xəlilzadə, 18. Davit Volkov, 44. Dmitrios çantakias, 26. Nemanya Andelkoviç, 47. Mohamed Hamdaui, 88. Georgi Stoilov,13. Ramin Əhmədov.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Rəşad Əzizli, 8. İlkin Muradov,10. Ağabala Ramazanov, 15. Ruslan Abışov, 11. Velves Damatsena, 5. Rauf Hüseynli, 51. Rüstəm Nuruyev, 77. Samir Qurbanov, 4. Cəlal Hüseynov, 6. Ayxan Süleymanlı, 64. Mahmud Ağayev.
Baş məşqçi: Rəşad Sadıqov.

Qarabağ: 12. Emil Balayev (k), 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 17. Qaspar Panadero, 29. Marko Veşoviç, 20. Kadi Malinovski, 22. Musa Qurbanlı
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 94. Ayhan Arazlı, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 77. Ramil Şeydayev, 10. Abdullah Zubir, 11. Xayme Romero, 6. Patrik Andrade, 27. Toral Bayramov, 28. Hüseyn Hüseynzadə, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.

"Neftçi" – "Qəbələ" 2:2
Qol: F.Muradbəyli, 55. V.Stankoviç, 76 – İ.Alimi, 67-pen. ü.İsgəndərov, 84.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Cəmil Quliyev, Əliyar Ağayev.
Bakı. "Bakcell Arena".

Neftçi: 12. Kamran İbrahimov, 8. Emin Mahmudov (k), 19. Fəhmin Muradbəyli, 97. Xəyal Nəcəfov, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 11. Harramiz Soares, 14. Romen Bask, 20. Mert çelik, 80. İsmayıl Zülfüqarlı.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 26. ömər Buludov, 22. Mirabdulla Abbasov, 3. Mamadu Mbodj, 29. Sabir Buqrin, 70. Asim Əlizadə, 37. Vüsal Əsgərov, 27. Fərid Yusifli, 72. Emin Zamanov.
Baş məşqçi: Samir Abasov.

Qəbələ: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 7. Ehtiram Şahverdiyev, 27. Məqsəd İsayev, 34. ürfan Abbasov (k), 17. Yaovi Akakpo, 8. Stefan Vukçeviç, 23. Rafael Utriq, 5. İsnik Alimi, 4. Ruan Renato, 12. Rüfət Əhmədov.
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 28. Murad Musayev, 14. ülvi İsgəndərov, 6. Kamal Mirzəyev, 77. Emil Səfərov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli.
Baş məşqçi: Elmar Baxşıyev.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest