Bu gün futbol üzrə UEFA çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılacaq. Matc.az xəbər verir ki, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın da potensial rəqibləri bəlli olacaq.
 
Ağdam klubu 2-ci təsnifat mərhələsində İsveçrə "Sürix"ini üstələyəcəyi təqdirdə, "Ludoqorets" (Bolqarıstan)/"Şemrok Rovers" (İrlandiya) cütünün qalibi, "Ferentsvaroş" (Macarıstan)/"Slovan" (Bratislava, Slovakiya) cütünün qalibi və ya Kiprin "Apollon" (Limassol) komandası ilə üz-üzə gələcək.
 
UEFA çempionlar Liqası
3-cü təsnifat mərhələsi
 
1-ci qrup
 
Səpələnmişlər
Dinamo (Zaqreb, Xorvatiya) - Şkupi (Şimali Makedoniya) cütünün qalibi
Makkabi (Hayfa, İsrail) - Olimpiakos (Yunanıstan) cütünün qalibi
Qarabağ (Azərbaycan) - Sürix (İsveçrə) cütünün qalibi
 
Səpələnməmişlər
Ludoqorets (Bolqarıstan) - Şemrok Rovers (İrlandiya) cütünün qalibi
Ferentsvaroş (Macarıstan) - Slovan (Bratislava, Slovakiya) cütünün qalibi
Apollon (Limassol, Kipr)
 
2-ci qrup
 
Səpələnmişlər
Srvena Zvezda (Serbiya)
HJK (Finlandiya) - Viktoriya (Plzen, çexiya) cütünün qalibi
Jalgiris (Litva) - Malmö (İsveç) cütünün qalibi
 
Səpələnməmişlər
Maribor (Sloveniya) - Şerif (Moldova) cütünün qalibi
Linfild (Şimali İrlandiya) - Bodo Qlimt (Norveç)
Pünik (Ermənistan) - Düdelanj (Lüksemburq)
 
Liqa yolu
 
Səpələnmişlər
Benfika (Portuqaliya)
Reyncers (Şotlandiya)
Dinamo (Kiyev, Ukrayna) - Fənərbaxça (Türkiyə) cütünün qalibi
PSV (Niderland)
 
Səpələnməmişlər
Monako
Midtyulland (Danimarka) - AEK (Larnaka, Kipr) cütünün qalibi
Şturm Qrats (Avstriya)
Yunion (Belçika)
 
Bu gün həmçinin Avropa Liqasında da 3-cü təsnifat mərhələsinin püşkü atılacaq. Püşkatmaya Bakı vaxtı ilə saat 15:00-da start veriləcək.
 
"Qarabağ" İsveçrə təmsilçisinə iki oyunun yekununda məğlub olacağı halda, Avropa Liqasında çempionlar Yolunda çıxış edəcək. Bu cütdə uduzan tərəf çempionlar Liqasında mübarizəni dayandıran komandalardan birinə rəqib olacaq. Yalnız "Pünik" (Ermənistan) - "Düdelanj" (Lüksemburq) cütünün Azərbaycan təmsilçisi ilə düşmək şansı yoxdur. Yəni, "Qarabağ"/"Sürix" duelində uduzan tərəfə 8 cütdən birinin məğlub komandası potensial rəqib olacaq:
 
Ferentsvaroş (Macarıstan) - Slovan (Bratislava, Slovakiya)
Dinamo (Zaqreb, Xorvatiya) - Şkupi (Şimali Makedoniya)
HJK (Finlandiya) - Viktoriya (Plzen, çexiya)
Linfild (Şimali İrlandiya) - Bodo Qlimt (Norveç)
Jalgiris (Litva) - Malmö (İsveç)
Ludoqorets (Bolqarıstan) - Şemrok Rovers (İrlandiya)
Maribor (Sloveniya) - Şerif (Moldova)
Makkabi (Hayfa, İsrail) - Olimpiakos (Yunanıstan)
 
Əsas Yol
 
Səpələnmişlər
Partizan (Serbiya)
Slovaçko (çexiya)
 
Səpələnməmişlər
Midtyulland (Danimarka) - AEK (Larnaka, Kipr) cütünün məğlubu
Dinamo (Kiyev, Ukrayna) - Fənərbaxça (Türkiyə cütünün məğlubu).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest