Futbol üzrə Fransa millisinin müdafiəçisi Rafael Varan bu il Qətərdə keçiriləcək dünya çempionatını buraxa bilər. Matc.az xəbər verir ki, buna "Mançester Yunayted"də çıxış edən 29 yaşlı futbolçunun İngiltərə Premyer Liqanın 13-cü turu çərçivəsində baş tutan "çelsi" ilə oyunda (1:1) zədələnməsi səbəb olub.
 
"Qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haq oyunçunun durumu haqqında danışarkən Varanın mundiala qədər Mançester təmsilçisinə kömək edə bilməyəcəyini söyləyib.
 
Dç-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Fransa D qrupunda Avstraliya, Danimarka və Tunislə bir qrupda mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest