"Sumqayıt" heyətini daha bir futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, sözügedən komanda son olaraq Banqadeşin "Şeyx Rassel" klubunda çıxış etmiş Riçard Qadze ilə 2023/24 mövsümünün sonuna qədər müqavilə imzalayıb.
 
28 yaşlı qanalı hücumçu "43" nömrəli formada çıxış edəcək.
 
Qeyd edək ki, Azərbaycanda daha öncə "Zirə"də (2017-2018; 2019-2020) çıxış etmiş Riçard Qadze karyerası ərzində Hindistanın "Delhi Dinamo", Finlandiyanın HJK (Helsinki), Rumıniyanın "Voluntari", Moldovanın "Şerif" və İsrailin "Bney Saxnin" klublarının şərəfini qoruyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest