Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında keçirilən yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub.
 
Futzal üzrə Yüksək liqanın IV turunun "Record" – "Baku Fire" oyununda "Baku Fire" klubunun futbolçusu Sahand Rezapur qeyri-idman hərəkəti etdiyinə görə bir oyunda ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə 1-ci liqanın II turunun "Şamaxı" – ADBTİA oyununda ADBTİA-nın futbolçusu Şöhrət Yusifov qeyri-idman hərəkəti etdiyinə görə bir oyunda ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə 1-ci liqanın II turunun "Baku Fire-2" – "Alyans Qrup" oyununda "Baku Fire-2" klubunun məşqçisi Zəfər Mehti-zadə hakimlərin ünvanına təhqiramaz ifadələrin işlətdiyi və oyun bitdikdən sonra meydana girərək təhqirləri təkrarladığına görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 8 oyun cəzalanıb.
 
Futzal üzrə 1-ci liqanın II turunun "Şuşa" – "MUM" oyununda "Şuşa"nın futbolçusu Həbib Amanov qeyri-idman hərəkəti etdiyinə görə bir oyunda ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
Futzal üzrə 1-ci liqanın II turunun "Star Kargo" – VİFLY oyununda "Star Kargo"nun futbolçusu Əkbər Hüseynov qeyri-idman hərəkəti etdiyinə görə bir oyunda ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-13 Liqasının III turunun "Offside" – "Qoşqar" oyununda "Offside" klubunun heyətində adı və soyadı protokolda qeyd olunmayan oyunçu aşkar edildiyinə görə həmin futbolçunun iştirak etdiyi kluba 0:3 hesablı məğlubiyyət verilib. Lakin komanda daha çox qol hesabı ilə məğlub olubsa, hesab olduğu kimi qalır.
 
U-14 Liqasının II turunun "Şahdağ" – "Siyəzən" oyununda "Şahdağ"ın futbolçusu Pərviz Mikayılov ciddi qayda pozuntusuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-12 Liqasının V turunun "Neftçi" – "ROFM" oyununda "Neftçi"nin futbolçusu Əkbər Nağıyev qeyri-idman hərəkəti etdiyinə görə bir oyunda ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-17 Liqasının XII turunun "Səbail" – "Qəbələ" oyununda "Səbail"in futbolçusu Azad Əsgərov düşüncəsiz qayda pozuntusuna görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. "Səbail"in digər futbolçusu Salih Məmmədli oyun bitdikdən sonra hakimləri təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmasından sonra hakimlərə hədə qorxu gələrək yenidən təhqir etməyə davam etdiyi üçün 5 oyun cəzalanıb.
 
U-15 Liqasının VIII turunun "Sabah" – "Sumqayıt" oyununda "Sumqayıt"ın futbolçusu Fəqan Poladov qeyri-idman hərəkəti etdiyinə görə bir oyunda ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.
 
U-11 Liqasının V turunun "Sabah" – "Şirvansaray" oyununda "Şirvansaray"ın baş məşqçisi Anar Nəsirov oyun bitdikdən sonra hakimə etirazını davam etdirib, fiziki təsir göstərməyə (vurmağa) cəhd etdiyi üçün 5 oyun cəzalanıb.
 
U-11 Liqasının V turunun "Mübariz" – "Vətən RİOEUGFM" oyununda "Vətən RİOEUGFM" klubunun baş məşqçisi Tofiq Hümbətov oyunun 41-ci dəqiqəsində meydana daxil olub etiraz edərək təhqiramiz söz dediyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest