24 Noyabr 2022, 10:51
                
                
                
                                FUTBOL 
                                
                
               
              17 min tamaşaçı tutumuna malik "Raiffeisen Arena"da açılış matçı fevralın 24-də ölkə çempionatının XIX turu çərçivəsində LASK-la "Lustenau" arasında olacaq.
				 
 
	Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Avstriya ilə səfər oyununun Linsdə keçiriləcəyi dəqiqləşib. Matc.az xəbər verir ki, bunu Avstriya Futbol Assosiasiyasının maliyyə meneceri Bernhard Neuhold açıqlayıb.
	O bildirib ki, seçmə mərhələdə Azərbaycan və Estoniya ilə ilk iki ev matçı yeni tikilən "Raiffeisen Arena"da baş tutacaq. Bununla Avstriya yığması 1981-ci ildən sonra ilk dəfə Linsdə rəsmi görüşə çıxacaq.
	17 min tamaşaçı tutumuna malik "Raiffeisen Arena"da açılış matçı fevralın 24-də ölkə çempionatının XIX turu çərçivəsində LASK-la "Lustenau" arasında olacaq.
	Qeyd edək ki, AVRO-2024-ün seçmə mərhələsinin ilk iki turunda Avstriya millisi martın 24-də Azərbaycanı, 27-də isə Estoniyanı qəbul edəcək.
				
         	
                                             
               
            
 










