24 Dekabr 2022, 18:05
MPL
Premyer Liqanın 18-ci turunun "Qəbələ" - "Turan Tovuz" oyunundan (0:0) sonra "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Matc.az sizi 42 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir
Premyer Liqanın 18-ci turunun "Qəbələ" – "Turan Tovuz" oyunundan (0:0) sonra "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Matc.az sizi 42 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:
"İlin son oyunu idi. Bilirdik ki, ağır matç olacaq. "Turan Tovuz" əzmkar, yaxşı komandadır. Kubok görüşündən sonra tonus baxımından çətin olacağını bilirdik. çox güc sərf etmişdik. Düşünülmüş hücumlarımız oldu. Sadəcə tamamlamaqda çətinlik çəkdik. Mövsüm uzundur, futbolçulara da ruhdan düşməməyi tapşırdıq. İkinci yarıda komanda daha yaxşı olacaq. Futbolçularıma təşəkkür edirəm. Sonadək oyun nizam-intizamından qopmadılar. Hələ kubokda heç nəyə nail olmamışıq. "Qarabağ"ı keçmək böyük güc tələb edir".