"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 18-ci turu çərçivəsində "Səbail"ə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Necə oyundur ki, azarkeş baxımından kasıblıq idi. Bu gün bizimlə idilər. Onlara stadionda olmaq yaraşır. Futbolçularımı təbrik edirəm. İlin son matçı olmasına baxmayaraq, istək, konsentrasiya çox vacib idi. İlk dəqiqədən sona kimi bunu qoruyub saxlaya bildilər. Futbolçular qələbə qazanmaq üçün hər şey etdilər. Mahmud Qurbanova və komandasına uğurlar arzulayıram.
 
ümumən futbolçularımın yanvar ayından bu günə kimi olan çıxışından tam razı qaldım. çox yaxşı bir il keçirdilər. Bəzi oyunları çıxmaq şərtilə, çox istəkli kollektiv gördüm. Ramil Şeydayev 2022-ci ildə 65 matçda meydana çıxıb. Ondan bu cür performans gözləyirdim. çünki, onu inanaraq komandaya götürmüşəm. Ramilin fiziki yükləmələri qəbul edəcək orqanizmi var. Oyun baxımından onda xeyli irəliləyiş var. Ramilə inanırdım. Ona görə də çox oyunlarda onu start heyətdə meydana buraxırdım. Onun bu performansına ancaq sevinirəm. Dayanmalı deyil. Əksinə, gələn il daha da bacarıqlı və istəkli olmalıdır".
 
Qurbanov Konfrans Liqasının pley-offunda qarşılaşacaqları "Gent" (Belçika) haqqında da danışıb: "Rəqib haqda məlumatım var. Oyunlarını da izləmişəm. Qarşıda vaxt çoxdur. Ola bilər ki, bizimlə oyuna kimi komandada ümumi dəyişikliklər olsun. Qarşıdakı vaxtlarda "Gent"lə daha yaxından tanış olacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest