"Kəpəz" Premyer Liqanın 18-ci turu çərçivəsində bu gün qarşılaşacağı "Zirə" ilə oyuna itkilərlə çıxacaq. Matc.az xəbər verir ki, Zamiq Əliyevlə Ruslan Süleymanov ilin son oyununu buraxacaqlar.
 
Bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçunun zədəli olduğu üçün komandaya kömək edə bilməyəcəyi diqqətə çatdırılıb.
 
Bu gün Zirə İdman Kompleksinin stadionunda keçiriləcək "Zirə" – "Kəpəz" oyununa saat 15:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest