28 Dekabr 2022, 14:02
MPL
AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, iclasda Premyer Liqanın XVIII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib
AFFA İntizam Komitəsinin iclası keçirilib. Matc.az xəbər verir ki, iclasda Premyer Liqanın XVIII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
Misli Premyer Liqasının XVIII turunun "Səbail" – "Qarabağ" oyununda kənar şəxslər meydançaya daxil olduğuna görə "Səbail" klubu 1600 manat cərimə edilsin ( maddə 49.2);
XVIII turun "Zirə" – "Kəpəz" oyununda "Kəpəz" komandasının 6 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilsin (maddə 39);
"Kəpəz" klubunun oyunçusu Elçin Əlicanov rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın və klub 200 manat cərimə edilsin (maddə 47.2);
"Kəpəz" klubunun oyunçusu Giorgi Kantariya ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın və klub 200 manat cərimə edilsin (maddə 47.1);
"Kəpəz" klubunun futbolçusu Mixeil Erqemlidze oyundan sonra ikinci sarı vərəqə aldığına görə 1 oyun cəzalandırılsın və klub 200 manat cərimə edilsin (maddə 47.1);
"Kəpəz" klubu bir oyunda 3 qırmızı vərəqə ilə cəzalandığı üçün klub 4800 manat cərimə edilsin (maddə 40);
"Zirə" komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilsin (maddə 39);
"Zirə" komandasının oyunçusu Coşqun Diniyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılsın və klub 1600 manat cərimə edilsin (maddə 36.1);
"Zirə" komandasının oyunçusu Nemanya Andelkoviç rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın və klub 200 manat cərimə edilsin (maddə 47.2).