"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyun haqda (0:2) fikirlərini bölüşüb

"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyun haqda (0:2) fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:
 
"Oyuna çox pis başladıq. İkinci qolda da səhvimiz oldu. Oyundan öncə "Sabah"ın hücumda oynayan futbolçuları barədə söhbət etmişdik. Kiçik şansımız oldu. Lakin yararlana bilmədik. Bundan sonra oyun bizim üçün bitmişdi. Təlim-məşq toplanışında çoxlu problemlərimiz oldu. Bu, zədəli oyunçularla bağlı idi. çalışırıq ki, yeni oyunçular komandaya adaptasiya olsunlar. Onlar bizə gec qoşuldular. Bütün komanda ilə məşq etməyə bizim çox vaxtımız olmayıb.
 
Hər iki komanda çalışdı ki, mübarizə aparsın. Penalti olduqdan sonra oyuna qayıtmaq çətin olur. Bu, sanki hədiyyədir. Rəqib evdə oynayırdı. Düşünürəm ki, hər iki komanda yaxşı oynadı. "Sabah" evdə oynadığı üçün qələbə qazanmaq istəyirdi. Biz də qələbə qazanmaq istəyirdik.
 
Düşünmürəm ki, hakimlər haqda danışmalıyıq. Məşqçi kimi sən təzyiq altında olursan. Bu oyunda hakimlər haqda danışmağı düşünmürəm.
 
Bu cür oyunçuların komandamda olmasına çox sevinirəm. Yayda da məqsədimiz Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq olacaq. Güclü olmaq üçün əziyyət çəkməlisən. Vaxta ehtiyac var. Yada salsaq, "Qarabağ"ın yaxşı komanda olması üçün illərə ehtiyacı oldu. çalışırıq ki, yaxşı oyunçuları komandaya cəlb edək. Addım-addım böyük dəyişikliklər olacaq. Sizə də haqq qazandırıram: biz məğlub olmuşuq.
 
"Sabah" hazırda daha yaxşı çıxış edir. Gərək çox yaxşı olasan ki, onlara qalib gələsən. Onlara qarşı bir oyunumuz qalıb. çalışacağıq ki, ona daha yaxşı hazırlaşaq.
 
Yusuf Lavalın bizimlə 6 aylıq müqaviləsi qalmışdı. Müddəti uzatmaq istədik, amma qəbul etmədi. Təlim-məşq toplanışında müqavilənin müddətini artırmağı düşünürdük. Bizə elə oyunçu lazımdır ki, onu hazırlaya bilək. Bu cür hallar futbolda baş verir. Yusufa ürəkdən uğurlar arzu edirəm. Klub tərəfdən ən yaxşısını etməyə çalışırıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest