Misli Premyer Liqasında mövsümün qol rekordu təkrarlanıb. Matc.az xəbər verir ki, 19-cu turda ümumilikdə 18 qol qeydə alınıb ki, bu, ən yaxşı göstəricidi.
 
"Kəpəz" – "Qəbələ" (2:2), "Turan Tovuz" – "Qarabağ" (2:3), "Zirə" – "Sumqayıt" (3:1), "Şamaxı" – "Səbail" (2:1) və "Sabah" – "Neftçi" (2:0) görüşlərinin baş tutduğu 2023-cü ilin ilk turunda orta məhsuldarlıq 3,60 olub. Cari mövsüm bundan əvvəl 2-ci və 7-ci turlarda da eyni sayda qol olub. 
 
Qeyd edək ki, sonuncu ən yüksək məhsuldarlıq ötən mövsümün 10-cu turunda qeydə alınıb. 2021-ci ilin noyabrın 6-7-nə təsadüf edən həmin turun 4 oyununda ümumilikdə 17 qol vurulub. Bunun isə orta göstəricisi 4,25-ə bərabərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest