"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 20-ci turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 20-ci turu çərçivəsində "Sabah"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 0:3 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Oyun barədə çox danışmayacağam. Hakimliklə bağlı heç nə deməyəcəkdim. Amma vaxtı çatıb. Referi əlindən gələni etməyə çalışdı və bunu bacardı. Verilən qərarlar futbolçularda qıcıq yaradır, mənfi təsir edir. Ona görə də daha diqqətli olmalarını istəyərdik. Futbolçulara tövsiyə edirəm ki, buna önəm verməsinlər, ilk dəfə deyil. Toparlanmaq və irəli baxmaq lazımdır. Futbolçular aqressiv, istəkli olmalıdır. Daha da mübariz, əzmkar oynamaq lazımdır. Yaxın günlərdə heyətimizi yeni hücumameyilli futbolçu ilə gücləndirəcəyimiz gözlənilir. Oyunçularım iradəlidirlər, başqa mövqedə boşluq olanda bir-birini əvəzləyiblər. Futbolçularıma inanıram".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest