"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyun haqda danışıb. Matc.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyun haqda danışıb. Matc.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:
 
"üzüldüyümüz an sadəcə hesabdır. Komandamdan razıyam. Hər iki hissədə daha yaxşı oynadıq. Daha yaxşı olacağıq. Yeni gələn futbolçulardan da razıyam. Futbolçularımı təbrik edirəm.
 
Fərdi səhvlər sırf futbolçunun özünə aiddir. Bunun əziyyətini çəkirik. 3 oyunda sırf buna görə uduzuruq. Komanda futbolunda problem görmürəm. Rəqibdən zərrə qədər çəkinmirik. Neçənci oyundur ki, mərkəz müdafiəçisi olmadan oynayırıq. "Neftçi"nin 1-2 oyunçusu vərəqələrlə cəzalandırılmalı idi. Belə epizodları heç düşünmürəm. Uşaqlara oyundan sonra dedim ki, oturub öz oyununuzu izləyin. ümumi oyundan çox razıyam. İki mərkəz müdafiəçimiz zədəlidir. Ehtiyat baxımından zədəlilərimiz qayıtsa, uğur əldə edə bilərik. Oyunçu transferi haqda düşünmürük".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest