06 Fevral 2023, 14:17
MPL
Ramil Şeydayev "Qarabağ"da 100-cü oyununu keçirib. Matc.az xəbər verir ki, 27 yaşlı hücumçunun yubileyi Misli Premyer Liqasının XXI turuna təsadüf edib.
Misli Premyer Liqasının XXI turunda "Kəpəz"lə keçirilən oyun "Qarabağ"ın hücumçusu Ramil Şeydayev üçün əlamətdar olub. Matc.az xəbər verir ki, milli komandamızın üzvü Ağdam klubunun heyətində yubiley matçına çıxıb.
Gəncədəki görüş 27 yaşlı forvardın 100-cü qarşılaşması olub. Şeydayev bu müddətdə 30 qola imza atıb. Futbolçu Premyer Liqada 61 (23 qol), ölkə kubokunda 9 (4 qol), avrokuboklarda isə 30 (3 qol) dəfə meydanda olub.
Maraqlıdı ki, Şeydayevin "Qarabağ"da debütü də "Kəpəz"lə oyuna təsadüf edib. O, 2017-ci il sentyabrın 17-də evdəki çempionat görüşündə (2:0) Ağdam klubunun heyətində ilk dəfə meydana çıxıb.
Qeyd edək ki, "Kəpəz" – "Qarabağ" oyunu 1:1 hesabı ilə nəticələnib.