2021/2022 mövsümündə Azərbaycan Premyer Liqasında qeydiyyata alınan futbolçuların siyahısı müəyyənləşib. Matc.az xəbər verir ki, bu barədə AFFA-nın hesabatında açıqlanıb.
 
Bildirilib ki, ötən mövsüm yüksək liqada 206 futbolçu və 39 məşqçi qeydiyyata alınıb.
 
Oyunçulardan 123-ü yerli, 83-ü isə əcnəbidi. Ən çox futbolçu ilə Braziliya təmsil olunub. "Sambaçılar"ın 13 vətəndaşı Premyer Liqada iştirak edib.
 
Bundan başqa, Rusiyanın 9, İspaniyanın 6, Fransa və Gürcüstanın 5, Monteneqro, Portuqaliya, Seneqal, Serbiya və Xorvatiyanın 3, İran, Nigeriya, Türkiyə və Ukraynanın 2, daha 22 ölkənin isə 1 vətəndaşı çempionatımızda mübarizə aparıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest