"Neftçi"nin müdafiəçisi Voyislav Stankoviç Misli Premyer Liqasının 26-cı turunda "Şamaxı" ilə oyunla bağlı fikirlərini bölüşüb.

"Neftçi"nin müdafiəçisi Voyislav Stankoviç Misli Premyer Liqasının 26-cı turunda "Şamaxı" ilə oyunla bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, serbiyalı futbolçu görüşə hazır olduqlarını söyləyib.
 
Təcrübəli müdafiəçi "Şamaxı"nın yaxşı formada olduğunu da sözlərinə əlavə edib: "Şamaxı" ilə oyuna yaxşı hazırlaşırıq. Rəqibin hansı oyunçularla çıxış etdiyini bilirik. Onlar yalnız yerli oyunçularla mübarizə aparırlar. Son oyunlarda da yaxşı formadadılar. Xüsusən də, "Sabah" kimi komanda üzərində qələbə qazandılar. Bizi orada çətin görüş gözləyir".
 
Qeyd edək ki, "Şamaxı" – "Neftçi" oyunu martın 12-də baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest