Qanalı futbolçu Maykl Essyen "Səbail"lə müqavilə imzalayıb. Matc.az saytı xəbər verir ki, bu barədə İndoneziya mətbuatı məlumat yayıb.

Bildirilir ki, 37 yaşlı orta sahə oyunçusu paytaxt klubu ilə danışıqları yekunlaşdırıb. Tərəflər arasında razılığa əsasən, 15 ayı əhatə edən müqavilə müddəti 2020-ci ilin yayına qədər nəzərdə tutulub.

Maraqlıdı ki, həmkarlarımız Essyenin "Səbail"də təkcə futbolçu kimi çalışmayacağını vurğulayıblar. Yerli KİV-in yazdığına əsasən, bakılılar sabiq "çelsi"linin xidmətindən məşqçi kimi də yararlanacaq. Belə ki, o, həmçinin U-19 komandasında köməkçi məşqçi vəzifəsində fəaliyyət göstərəcək.

Qeyd edək ki, karyerası ərzində "çelsi", "Real", "Milan" kimi nəhəng klublarda oynamış Maykl Essyenin son komandası İndoneziya təmsilçisi "Persib Bandunq" olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest