"Keşlə"nin futbolçusu Amil Yunanov Premyer Liqada 100-cü oyununu keçirib. Matc.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, bu yubiley Topaz Premyer Liqasının XXI turuna təsadüf edib.

Komandasının 0:2 hesabı ilə uduzduğu görüş hücumçu üçün yubileylə əlamətdar olub. ölkə çempionatında 2010/11 mövsümündə debüt edən Amil Premyer Liqada üç klubun şərəfini qoruyub. Yığmamızın üzvü "Qəbələ"də 7, "Sumqayıt"da 75, "Keşlə"də 18 matça çıxıb.

Yunanov 100 oyunda 34 qol vurub. Bunlardan biri "Qəbələ", beşi "Keşlə", digər 28-i "Sumqayıt"ın heyətində qeydə alınıb.

 mövsüm

klub

oyun

Qol

2010/11

Qəbələ

1

0

2011/12

Qəbələ

1

1

2012/13

Qəbələ

5

0

2015/16

Sumqayıt

24

12

2016/17

Sumqayıt

23

6

2017/18

Sumqayıt

28

10

2018/19

Keşlə

18

5

Cəmi

 

100

34

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest