05 Sentyabr 2025, 19:07
FUTBOL
Kilian Mbappe "Real"ın avqust ayında ən yaxşı oyunçusu seçilib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Madrid klubunun mətbuat xidməti paylaşıb.
Ötən ay fransalı futbolçu İspaniya La Liqasının üç oyununda üç qol vurub.
Mbappe səsvermədə komanda yoldaşları Vinisius Junior, Din Heysen, Aurelien Tçouameni və Arda Güleri qabaqlayıb.
Qeyd edək ki, Mbappenin klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında oyunçunun dəyəri 180 milyon avrodur.