Lusiano Spaletti "Fənərbaxça"nın baş məşqçisi olmaq təklifini qəbul etməyib.

Matc.az xəbər verir ki, bu barədə "TRT Spor" televiziyası məlumat yayıb.

İtaliyalı mütəxəssis hazırda heç bir klubu çalışdırmaq istəmədiyini deyib. O, İstanbul təmsilçisinin rəhbərliyinə bildirib ki, vaxtını ailəsi ilə birlik keçirmək istəyir.

Qeyd edək ki, Lusiano Spaletti son olaraq İtaliya millisini çalışdırıb. "Fənərbaxça" isə Joze Mourinyo ilə yollarını ayırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest