"Mançester Yunayted" qapıçıları Altay Bayındır və Andre Onana ilə vidalaşmaq istəyir.

Matc.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

"Qırmızı şeytanlar" Avropada transfer pəncərəsi bağlandığı üçün Türkiyə və Səudiyyə Ərəbistanından qolkiperlər üçün təklif gözləyir. Klub gələn təklifləri dəyərləndirəcək.

Qeyd edək ki, "Mançester Yunayted" Altay Bayındırı 2023-cü ilin yayında "Fənərbaxça"dan, Andre Onananı isə həmin il "İnter"dən transfer edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest