"Bazel"in müdafiəçisi Conas Adjey karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Africafoot" məlumat yayıb.

"Qalatasaray" qanalı futbolçunu transfer etmək istəyir. İstanbul nəhəngi 21 yaşlı mərkəz müdafiəçisi üçün İsveçrə klubuna 10 milyon avroluq təklif göndərib.

Qeyd edək ki, Conas Adjey bu mövsüm "Bazel"in heyətində 5 rəsmi matçda meydana çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest