"Yuventus" müqaviləsi gələn ilin yayında başa çatan Duşan Vlahoviçi komandada saxlamaq istəyir.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

A Seriyası nəhəngi serbiyalı hücumçuya yeni sözləşmə təklif etməyə hazırlaşır. Yaxın günlərdə 25 yaşlı forvardla danışıqlar başlayacaq.

Qeyd edək ki, Duşan Vlahoviç bu mövsüm "Yuventus"un heyətində keçirdiyi 2 oyunda 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest