05 Sentyabr 2025, 12:55
FUTBOL
"Fulhem"dən ayrılan Villian ölkəsinə qayıdır.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Braziliyalı vinger "Qremio" ilə anlaşıb. 37 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, Villian ötən mövsüm "Fulhem"in heyətində 12 oyunda iştirak edib.