"Flamenqo"nun futbolçusu Bruno Enrike ağır cəzaya məruz qalıb.

Matc.az xəbər verir ki, braziliyalı hücumçuya 12 oyunluq cəza verilib. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Enrike qanunsuz mərc oyunlarında iştirak etdiyi üçün cəzalandırılıb. 34 yaşlı forvard bilərəkdən sarı vərəqə alıb. O, həmçinin, 11 dollar məbləğində cərimələnib.

Braziliya millisinin sabiq üzvü 2 ildən 6 ilədək həbs cəzası da ala bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest