05 Sentyabr 2025, 10:50
FUTBOL
"Milan"ın yarımmüdafiəçisi İsmael Bennaser karyerasını Xorvatiyada davam etdirəcək.
Matc.az xəbər verir ki, "Dinamo" əlcəzairli futbolçunun keçidini həll edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Zaqreb təmsilçisi 27 yaşlı oyunçunu satınalma bəndi ilə icarəyə götürüb.
Qeyd edək ki, İsmael Bennaser ötən mövsümün ikinci yarısında icarə əsasında "Marsel"də çıxış edib.