"Borussiya"nın yarımmüdafiəçisi Salih Özcan karyerasını Türkiyədə davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Sözcü" nəşri məlumat yayıb.

"Beşiktaş" Türkiyə millisinin üzvünün xidmətində maraqlıdır. İstanbul təmsilçisinin baş məşqçisi Sergen Yalçın 27 yaşlı futbolçunu komandasında görmək istəyir.

"Ağ-qaralar" 1 illik müqaviləsi qalan oyunçu üçün Almaniya klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Salih Özcan bu mövsüm "Borussiya"nın heyətində 2 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest