U-16 milli komandamız hazırlıq çərçivəsində Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sentyabrın 6-dan 13-dək Bakıda təlim-məşq toplanışında olacaq.

Matc.az xəbər verir ki, U-16 hazırlıq çərçivəsində Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.

Qarşılaşmalar sentyabrın 10-da və 12-də Bakı Olimpiya Stadionunun məşq meydançasında təşkil olunacaq. Hər iki görüş saat 17:00-da başlanacaq.

Millimizə dəvət olunan futbolçuların adlarını diqqətinizə çatdırırıq:

Bilal Hacıyev (Qarabağ), Cavidan Babayev (Marcet), Kamal Camalzadə (Neftçi), Uğur Qurbanlı (Qarabağ), Roman Fərzəli (Qarabağ), Vaqif Nəbiyev (Qarabağ), Nicat Əhmədzadə (Marcet), Əhəd Hacızadə (Qarabağ), Cəfər Cəfərzadə (Sabah), Rəsul Balakişiyev (Marcet), Tunar Bayramov (Qarabağ) Ruslan Əbilov (Sabah), Yusif Orucəliyev (Qarabağ), Nihat Hüseynzadə (Sabah), Ömər Kosayev (Sumqayıt), Ruslan Quliyev (Neftçi), Şikar Şikar (Neftçi), Vaqif Məmmədli (Sabah), Mehdi Hüseyn (Qarabağ), Furqan Musayev (Beşiktaş), Firdovsi Şeydayev (Sabah), Raul Hüseynov (Neftçi), Əli Bəşirov (Qarabağ).

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest