"Liverpul" "Bavariya"nın vingeri Mixael Olişeni 33 yaşlı cinah yarımmüdafiəçisi Məhəmməd Salahın əvəzləyicisi kimi nəzərdən keçirir.

Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

"Mersisaydlılar" 23 yaşlı fransalı futbolçunu gələn yay və ya bir ildən sonra heyətinə qatmağa cəhd edə bilər.

Qeyd edək ki, Olişe Almaniya nəhənginə 2024-cü ilin yayında "Kristal Pelas"dan qoşulub. Bu müddət ərzində hücumçu bütün yarışlarda 59 matçda iştirak edib, 24 qol vurub və 23 məhsuldar ötürmə edib.

Futbolçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında oyunçunun bazar dəyəri 100 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest