"InStat" şirkətinin təhlilinə əsasən Topaz Premyer Liqasının XXI turunun rəmzi komandası müəyyənləşib. Matc.az saytı xəbər verir ki, 6 komandanın futbolçusu simvolik "11-liy"ə düşüb.
Ağabala Ramazanov və Qoran Paratski ilk dəfə siyahıda yer alıblarsa, Abdullah Zubir 6-cı dəfə ən yaxşılar arasında yer alıb.
Qapıçı: Kamal Bayramov ("Zirə")-2
Müdafiəçilər: Təmkin Xəlilzadə ("Sabah")-4, Kiril Petrov ("Neftçi")-5, Mamadu Mbodj ("Neftçi")-2, Cabir Əmirli ("Keşlə")-3
Yarımmüdafiəçilər: Abdullah Zubir ("Qarabağ")-6, Qoran Paratski ("Neftçi"), Simeon Slavçev ("Qarabağ")-4, Bilal Həmdi ("Zirə")-3
Hücumçular: Ağabala Ramazanov ("Səbail"), Xulio Sezar Rodriqez ("Zirə")-2
Qeyd: Futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.