Misli Premyer Liqasında qalmağı bacaran "Kəpəz"də yayda bir sıra dəyişiklər gözlənilir. Matc.az saytının əldə etdiyi məlumata görə, artıq komandadan ayrılacaq futbolçular müəyyənləşib.
Belə ki, xorvatiyalı qapıçı Marko Mustapiç və fransalı hücumçu Salif Sisse Gəncə təmsilçisini tərk edəcək. Onların çıxışı qənaətbəxş olmadığı üçün komandada saxlanılmayacaq.
Yerli futbolçulardan Nicat Süleymanovun da komandanı tərk edəcəyi dəqiqləşib.
Bundan başqa, "Kəpəz"də icarə əsasında çıxış edən Zamiq Əliyev ("Qarabağ") və Samir Məhərrəmli ("Sabah") də müqavilə ilə məxsus olduqları klublara qayıdacaqlar.
Xatırladaq ki, Salif Sisse "Kəpəz"də 13 oyuna cəmi 1 qol vurub. Mario Mustapiç 9 oyunda iştirak edib, 12 qol buraxıb, cəmi 1 matçda qapısını toxunulmaz saxlayıb.
Nicat Süleymanov son mövsümdə 30 oyuna 2 qol və 1 assistlə yadda qalıb. Samir Məhərrəmli bu komandada 11, Zamiq Əliyev 21 oyun keçirib.