"Medinanın transferi ilə bağlı danışıqları yekunlaşdırmaq üçün "Qarabağ"ın "Linkoln"la görüşünü gözləyirdik". Matc.az xəbər verir ki, bunu "çaykur Rizespor"un mətbuat xidmətinin rəhbəri Hasan Yavuz deyib.
 
O bildirib ki, kolumbiyalı müdafiəçi ilə danışıqları yekunlaşdırmağa çalışırlar: "Medina çox dəyərli futbolçudur. Həm oyunçunun özü ilə, həm də "Qarabağ"la görüşümüz olub. Tezliklə bəzi məsələlərin dəqiqləşəcəyini düşünürəm".
 
Qeyd edək ki, Kevin Medinanın "Qarabağ"la müqaviləsi 2025-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest