Neymar gələcək karyerası ilə bağlı açıqlama verib. Matc.az xəbər verir ki, braziliyalı futbolçu azarkeşlərlə münasibətlərdəki problemlərə baxmayaraq, PSJ-də qalmaq istədiyini bildirib.
 
Mayda PSJ fanatları Neymarın satılması tələbi ilə etiraz aksiyası keçirmişdi. Azarkeşlərdən bəziləri braziliyalının evinin önunə gələrək, klubu tərk etmək çağırışı etmişdilər.
 
"ümid edirəm ki, PSJ-də qalacam. Mənim müqaviləm var və heç kim mənə heç nə deməyib. Azarkeşlərlə mənim aramda münasibət ideal olmasa belə, bəyənsələr də, istəməsələr də, mən burada olacağam" – deyə, hücumçu bildirib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest